25 Noyabr 2024
Dünya futbolu

“Mançester Siti” satmır, “Real” fürsət gözləyir

“Mançester Siti”nin futbolçusu Erlinq Haalandı satışa çıxarıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu uzun müddətdi “Real”ın maraq dairəsindədi. Madrid təmsilçisi norveçli üçün yüksək məbləğdə təzminat da ödəməyə hazırdı.

Ancaq “şəhərlilər” onu buraxmaq niyyətində deyil. İngiltərə mətbuatı yazır ki, Premyer Liqa klubu yalnız maliyyə baxımından problem yaşayarsa, oyunçunu satacaq. Əgər kluba hər hansı bir sanksiya tətbiq edilsə, Haalandla yollar ayrıla bilər.

Ulduz futbolçu cari mövsüm klubda 14 oyuna çıxıb və 14 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43