İngiltərənin “Kristal Pelas” klubunun müdafiəçisi Daniel Munyos komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Mançester Siti” və “Çelsi”nin maraq dairəsindədi. Hər iki klub oyunçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Munyos bu mövsüm “Kristal Pelas”ın heyətində 27 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.