İdman

“Mançester Siti” və “Atletiko” qalib gəldi

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, bu gecə daha 2 görüş keçirilib.

Almaniyada "Bayer" "Atletiko" ilə üz-üzə gəlib. Leverkuzendəki göreüşdə 6 qol qeydə alınıb. İspanlar mərhələninin taleyini səfərdə həll edib.

Günün digər oyunu isə İngiltərədə keçirilib.. "Mançester Siti" Fransa təmsilçisi "Monako"nu çətinliklə məğlub edib – 5:3.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

23:45. “Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) 2:4

Qollar: Saul Niqes, 17 (0:1), Qrizmann, 25 (0:2), Bellarabi, 48 (1:2), Qameyro, 59-pen (1:3), Hernandes, 68 (2:3), Torres 86 (2:4)
Baş hakim: Uillyam Kollum (Şotlandiya)

23:45. “Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa) 5:3

Qollar: Sterlinq, 26 (1:0), Falkao, 32 (1:1) Mbappe,  41 (1:2), Aquero, 58 (2:2), Falkao, 61 (2:3), Aquero, 71 (3:3), Con Stounz, 77 (4:3), Sane, 82 (5:3)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

22 fevral

23:45. “Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya)

Baş hakim: Feliks Brix (Almaniya)

23:45. “Sevilya” (İspaniya) – “Lester” (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43