Premyer Liqa

“Mançester Siti” yeni qapıçı axtarışında

“Mançester Siti”  2017-ci ilin yanvarında yeni qapıçı almağı planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Xosep Qvardiola Klaudio Bravonun çıxışından narazıdır.

Çox güman ki, Villi Kabalyeroya yeni müqavilə təklif edilməyəcək. Quardiola Klaudio Bravoya güclü rəqib tapmaq niyyətindədir.

Xatırladaq ki, “Mançester Siti” ötən yayda Co Hartı “Torino”ya icarəyə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43