“Mançester Siti”nin hücumçusu Erlinq Haland komanda ilə məşqlərə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı norveçli dekabrın 6-da “Aston Villa” ilə oyunda zədələnmişdi. Onun tamamən sağaldığı bildirilir.
Haland yanvarın 7-də “Haddersfild”lə keçiriləcək İngiltərə Kuboku matçında iştirak edə biləcək.