“Mançester Siti” 2018-ci ilin aprelindən ilk dəfə ardıcıl üç məğlubiyyət alıb.
İdmanxeber.az-ın məlumatına görə, dünən Çempionlar Liqasının əsas turnirində “Sportinq”lə qarşılaşan “şəhərlilər” (1:4) məğlub olub. Oktyabrın 31-də Pep Qvardiolanın komandası Premyer Liqada “Tottenhem”ə (1:2), noyabrın 2-də isə “Bornmut”a (1:2) uduzub.
Həmçinin qeyd edilir ki, “Mançester Siti” 2016-cı ilin oktyabrından bəri Çempionlar Liqası matçında ilk dəfə 4 qol buraxmayıb.