“Mançester Siti”nin cinah oyunçusu Cek Qriliş Çempionlar Liqasının pley-off mərhələsinin “Real”a qarşı ilk oyununda zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 30-cu dəqiqədə 29 yaşlı ingilis həmyerlisi Fil Fodenlə əvəzlənib. Onun durumuna həkim müayinəsindən sonra aydınlıcıq gələcək.
Komandalar arasında ilk pley-off matçı Mançesterdə keçirilib və Madrid klubu 3:2 hesabı ilə qalib gəlib.