“Mançester Siti” Premyer Liqanın qalibi olmaq üçün rekord mükafat aldı.
İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” 165,7 milyon funt sterlinq qazanacaqlar. Bildirilir ki, məbləğə İngiltərədə və xaricdə yayımlar üçün müqavilələr və çempionluqdan əldə edilən gəlirlər daxildir.
“Mançester Siti”nin ötən mövsüm 153 milyon funt-sterlinq qazandığı bildirilir.
Xosep Qvardiolanın komandası ardıcıl üçüncü, tarixdə isə doqquzuncu dəfə İngiltərə çempionu olub. İyunun 10-da Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə qarşılaşacaq.