Yaya Ture qardaşına görə “Mançester Siti” dən ayrılır.
İdmanxeber.com-un “Le Parisien”yə istinadən verdiyi xəbərə görə, 31 yaşlı futbolçu PSJ-ə keçməy qərarına gəlib. Onun “şəhərlilər”dən ayrılma səbəbi isə dünyasını dəyişmiş qardaşının xəstəxanada yatarkən futbolçunun klubdan onu ziyarət üçün icazə istəməsi və cavabında “yox” alması kimi göstərilir.
Qeyd edək ki, PSJ-dən başqa “Çelsi” və “Mançester Yunayted” də onunla maraqlanır