“Mançester Siti” və Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Atletiko” maraqlıdı. Baş məşqçi Dieqo Simeone oyunçunun alınmasını istəyir.
Futbolçunun “Mançester Siti” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Dinamo”(Zaqreb), “İnter”, “Real”, “Çelsi” klublarında çıxış edib.