“Mançester Siti” Lukas Paketa ilə bağlı mərc araşdırmasını yaxından izləyir.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı pleymeyker günahsız çıxarsa, “şəhərlilər” onu transfer etmək üçün yanvarda “Vest Hem”ə yeni təklif göndərəcək.
Paketa bu mövsüm “Vest Hem”in heyətində 15 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə oyunçunun dəyəri 65 milyon avrodur.