“Mançester Siti”nin müdafiəçiləri Kayl Uoker və Joao Kanselo karyeralarını Səudiyyə Ərəbistanında davam etdirə bilərlər.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Hilal” hər iki futbolçunun xidmətində maraqladır. Ötən mövsüm 34 yaşlı Uoker 47 oyuna çıxıb, 5 məhsuldar ötürmə edib.
30 yaşlı Kanselo “Barselona”nın heyətində 42 oyunda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.