16 Sentyabr 2024
Dünya futbolu

“Mançester Siti”nin qapıçısı ərəblərlə danışıq aparır

“Mançester Siti”nin qapıçısı Ederson Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər artıq danışıqlar aparır. “Əl-İttihad” 30 yaşlı qolkiper üçün illik 25 milyon avro maaşla 2027-ci ilə qədər müqavilə hazırlayıb. Ederson özü artıq Səudiyyə klubuna keçməyə razılıq verib.

Daha əvvəl “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola etiraf etmişdi ki, qapıçı bu yay komandanı tərk edə bilər.

Ederson 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O vaxtdan komandanın heyətində 332 oyun keçirib, 257 qol buraxıb və 155 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43