Co Hart mövsümün sonunda peşəkar futbol karyerasını bitirəcəyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı qolkiper 3 mövsümdür “Seltik”də çıxış edir.
Hart karyerasının böyük hissəsini “Mançester Siti”də keçirib. O, 6 il “şəhərlilər”in qapısını qoruyub.
Təcrübəli qapıçı İngiltərə millisində isə 75 oyuna çıxıb.