26 Fevral 2025
Dünya futbolu

“Mançester Siti”nin vingeri “Barselona”ya keçir?

“Mançester Siti”nin vingeri Ceremi Doku karyerasını “Barselona”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu belçikalı oyunçu ilə yaxından maraqlanır.  22 yaşlı oyunçunun nümayəndələri artıq “Barselona”yla danışıq aparır. 

Tərəflər yayda baş tuta biləcək potensial transferi müzakirə ediblər.

Doku bu mövsüm “şəhərlilər”in heyətində bütün yarışlarda 24 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43