26 Fevral 2025
Dünya futbolu

“Mançester Siti”yə ispaniyalı baş məşqçi gəlir

İspaniyalı baş məşqçi Sesk Fabreqas karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Komo”nun çalışdırıcısı “Mançester Siti”nin başına keçə bilər.  “Arsenal”ın sabiq futbolçusu “şəhərlilər”lə danışıq aparır.

Mançester klubu Xosep Qvardioladan narazı olduğu üçün Fabreqasla razılıq əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43