23 Dekabr 2024
Kateqoriyasız

“Mançester Siti”yə şad xəbər

“Mançester Siti”nin futbolçuları Samir Nəsri və Yaya Ture zədələrini sağaldıb və komandaya qoşulublar.

İdmanxeber.com-un məlumatına görə, bu haqda klubun baş məşqçisi Manuel Pelleqrini klubun rəsmi saytına bildirib:

“Ture və Nəsri zədələrini sağaldıb və komandaya qoşulublar. Fabian Delf, David Silva, Aleksandar Kolarov və Serxio Aqüero isə hələ ki, zədədən əziyyət çəkirlər. Koplarov, Silva və Delfin növbəti həftələrdə komandaya qoşulmaq ehtimalı var. Çox təəssüf ki, Aqüeronun zədəsi ciddidir. O, komandaya gec qoşulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43