“Mançester Yunayted”də əsas gündəm gənc ulduzu Kobbi Maynunun müqaviləsini yeniləməkdir.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 18 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2028-ci ilə qədər uzatmaq istəyir.
Mövsümün əvvəlində zədələnən Maynu qayıdışından sonra çıxdığı 3 oyunda da yaxşı performans göstərib.