Premyer Liqanın 24 matçında cəmi 20 qol vura bilən “Mançester Yunayted” hücum xəttindəki problemi həll etmək üçün yeni plan hazırlayıb.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “Daily Star” nəşri yazıb.
“Qırmızı şeytanlar” ön xətti gücləndirmək üçün transfer siyahısına 4 futbolçunun adını daxil edib.
İlk hədəf “Latsio”dan Felipe Anderson tutur. “Mançester Yunayted” onun transferi üçün 30-35 milyon funt-sterlinq ödəməyə hazırdı.
Mançester təmsilçisinin maraq dairəsindəki digər futbolçu Sadio Manedi. “Sautqempton” gənc futbolçusunu 30 milyon funt-sterlinqdən aşağı rəqəmə satmaq niyyətində deyil. Onunla həmçinin “Çelsi” və “Bavariya” da maraqlanır.
“Borussiya”nın (Dortmund) gənc ulduzu Pyerr-Emerik Aubameyanq “qırmızı şeytanlar”ın ən böyük hədəflərindən biridi. Bu mövsüm 23 oyunda 24 qol vuran qabonlu futbolçunun keçidi üçün ən azı 50 milyon funt-sterlinq xərclənməlidi.
Siyahıdakı son və ən önəmli isim təbii ki, Qaret Beyldi. “Mançester Yunayted” “Real”ın uelsli ulduzunu artıq uzun müddətdi transfer siyahısında saxlayır. Bu transfer üçün ən az, ən çox – düz 100 milyon funt-sterliq lazımdı.