“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidalı transfer etməkdən imtina edib.
İdmanxeber.com “Daily Mail”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın çilili futbolçudan imtinasının səbəbi yarımmüdafiəçinin transfer dəyərinin yüksək olmasıdı. Belə ki, çilili futbolçunun transfer dəyəri 32 milyon funt sterlinqdi. Ancaq ingilislər bu pulu italyanlara vermək istəmir. “Yuve” isə Vidal transferində heç bir kluba güzəşt getmək fikrində olmadığını bildirib.
Daha öncə “Mançester Yunayted”in Vidala görə 50 milyon avrosundan keçəcəyi barədə xəbərlər yayılmışdı.