22 Oktyabr 2024
Dünya futbolu

“Mançester Yunayted” Aleks Ferqyusonun maaşını azaltdı

“Mançester Yunayted” pula qənaət etmək üçün Aleks Ferqyusona ödənişləri azaltmaq qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, cari mövsümün sonundan 82 yaşlı mütəxəssis daha klub səfiri kimi fəaliyyətinə görə böyük məbləğdə əmək haqqı almayacaq.  “Mançester Yunayted”in səhmdarı Cim Ratkliff ona bu qərar barədə şəxsən məlumat verib. Tərəflər bu məsələdə razılıq əldə edib. 

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” əvvəlcə Ferqyusona klub səfiri kimi xidmətlərinə görə ildə 2,16 milyon funt sterlinq ödəyirdi.

Şotlandiyalı “Mançester Yunayted”in direktoru olaraq qalacaq və komandanın oyunlarında iştirak etməyə davam edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43