05 Avqust 2021
Dünya futbolu

“Mançester Yunayted” azarkeşləri Poqbanı “qaralayıb”

Yay transfer pəncərəsində adı bor çox klubla hallanan Pol Poqba “Mançester Yunayted” azarkeşlərinin qəzəbinə tuş gəlib.

İdmanxeber.az-ın məlumatına görə, daha öncə komandadan getmək istədiyini bildirən fransız futbolçu klubun məşqlərinin birinə gəldikdə xoşagəlməz hadisə ilə qarşılaşıb. Bir qrup Mançester klubunun azarkeşləri Poqbanın stadiona gələn yollardakı divarlara spreylə “Poqba, get” yazıblar.

Ondan gözlənilən oyunu ortaya qoya bilməyən, ancaq buna rəğmən hələ də komandanəın lderlərindən biri olan fransalı yarımmüdafiəçi “qırmızı şeytanlar”la daha bir mövsüm keçirəcəyini, burada xoşbəxt olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mbappe ÇL-də ilkə imza atdı

admin

Çili – Avstraliya matçında 2 qol – VİDEO

admin

“Real”dan “Mançester Yunayted”ə – rəsmi

admin