Bir neçə müddətdir zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan Hollandiya millisinin və "Mançester Yunayted" klubunun hücumçusu Robin Van Persi zədəsini sağaldıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu komandasının ilk turda keçirdyi matçda zədə səbəbində iştirak edə bilməmişdi. Futbolçu artıq zədəsini sağaldıb və komanda ilə məşqlərə başlayıb və Premyer Liqanın ikinci turunda "Sanderlend"lə matçda iştirak edəcəyi bildirilir.