28 Oktyabr 2024
Dünya futbolu

“Mançester Yunayted” baş məşqçi ilə yollarını ayırdı

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq postunu tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub saytı paylaşım edib. Məlumatda “Bizimlə birlikdə olduğu müddətdə etdiyi hər şeyə görə Erikə minnətdarıq və ona gələcək üçün ən yaxşısını arzulayırıq” deyə, bildirilib. 

Müvəqqəti baş məşqçi postuna komandanın keçmiş hücumçusu Ruud van Nistelroy təyin edilib. O, Erik ten Haqın heyətində yer alırdı. 

Oktyabrın 27-də Premyer Liqanın 9-cu turunun matçında “Mançester Yunayted” səfərdə “Vest Hem”ə uduzub (1:2). Komanda 11 xalla İngiltərə çempionatında 14-cü, Avropa Liqasının ümumi mərhələsinin cədvəlində 21-ci pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43