26 Noyabr 2024
Dünya futbolu

“Mançester Yunayted” Ferqyusonlu illəri özləyir

“Mançester” Ferqyusonu “axtarır”

“Yunayted”in əfsanəvi çalışdırıcısı Ser Aleks Ferqyuson komandanın başından getdikdən sonra “Qırmızı şeytanlar” uğurlu günlərə həsrət qalıblar. 26 il baş məşqçilik etdiyi Mançester təmsilçisinə 38 kubok qazandıran şotlandiyalı mütəxəssis klub tarixinə adını qızıl hərflərlə yazdırıb. Sonuncu dəfə Premyer Liqa çempionluğunu 2013-də Ferqyusonun başçılığı ilə qazanan “Mançeter Yunayted” 5 ildi bu titula yiyələnə bilmir. Şotlandıyalı baş məşqçinin ardından komandanın başına Van Qal, Devid Moyez, Rayan Giqs və Joze Mourinyo gətirilsə də, İngiltərə təmsilçisi istədiyinə nail ola bilməyib. Klub 26 illik Ferqyuson dövründə  transfer üçün 716 milyon avro pul ayırmasına baxmayaraq,  əfsanəvi məşqçi komandadan ayrıldığı  bu 5 ildə heyət üçün  740 milyon avro xərcləyib.  Bu müddətdə isə komanda  Avroliqanı və iki dəfə ölkə kuboku qazansa da, azarkeşləri razı sala bilməyib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43