“Mançester Yunayted”in rəhbərliyi iki futbolçusunu satmağa qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Alexandro Qarnaço və yarımmüdafiəçi Kobbi Mainudan gedir. Hər iki oyunçu üçün gələn təkliflər dəyərləndiriləcək.
Əgər onların ayrılığı qışda baş tutmasa, futbolçular yayda satılacaq. 20 yaşlı argentinalı futbolçunun dəyəri 50, 19 yaşlı Mainunun qiyməti isə 55 milyon avrodur.
“Mançester Yunayted” 24 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 29 xalla 13-cü yerdədir.