İngiltərənin bir neçə nüfuzlu mediyası “Mançester Yunayted”in futbolçusu Ueyn Runi haqda növbəti xəbəri yayıb.
İdmanxeber.com “Mirror Sport”a istinadən xəbər verir ki, Runi klubu ilə müqavilənin müddətini 5 il daha artıracaq.
Hücumçunun məvacibi isə həftəsinə 250 min funtdan 300 min funta artırılacaq.
Bundan əlavə gələn mövsümdən Runiyə kapitanlıq sarğısı da veriləcək. Çox güman bu təklifdən sonra Runi müqaviləsini artıracaq.
Qeyd edək ki, hal-hazırda ingilis klubunun kapitanı Nemanya Vidicdir.