“Sportinq”in vingeri Fransişku Trinkan karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” və “Mançester Siti” oyunçunu transfer etmək istəyir. Portuqaliya klubu isə 24 yaşlı futbolçunu komandada saxlamaq niyyətindədi.
Lissabon klubu Trinkana yeni müqavilə təklif edəcək. Ancaq yayda oyunçu üçün ciddi təkliflər gələcəyi də gözlənilir.