Kateqoriyasız

“Mançester Yunayted” və “Roma” qalib gəldi, “Arsenal” qələbəni əldən verdi

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

“Mançester Yunayted”, “Roma” və “Vilyarreal” səfər qələbəsi ildə edib. “Arsenal” öz meydanında “Slaviya” ilə qollu bərabərliyə razılaşıb.

1/4 final mərhələsinin cavab oyunları aprelin 15-də keçiriləcək.

Avropa Liqası
1/4 final (ilk oyunlar)

8 aprel

“Qranada” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2
Qollar:
 Reşford, 31, Fernandes, 90+1

“Arsenal” (İngiltərə) – “Slaviya” Praqa (Çexiya) – 1:1
Qollar:
 Pepe, 86 – Holes, 90+4

“Ayaks” (Niderland) – “Roma” (İtaliya) – 1:2
Qollar: 
Klaassen, 39 – Pelleqrini, 57, İbanez, 87

“Dinamo” Zaqreb (Xorvatiya) – “Vilyarreal” (İspaniya) – 0:1
Qol:
 Moreno, 44 (pen.)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43