Dünya futbolu

“Mançester Yunayted” Varana “elçi düşdü”

“Real”ın müdafiəçisi Rafael Varan yayda klubunu dəyişə bilər.

“Mançester Yunayted” fransız müdafiəçinin xidmətində maraqlıdır.

Onun keçidində “Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo maraqlıdır. Portuqaliyalı mütəxəssis “Real”da Varanla birgə çalışıb.

Qeyd edək ki, müdafiəçinin hazırkı klubu ilə müqaviləsi 2020-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43