24 Oktyabr 2024
Dünya futbolu

“Mançester Yunayted” Xavi ilə danışıqlara başladı

“Mançester Yunayted” komandanın baş məşqçisi Erik ten Haqla yolları ayırmaq niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik komandaya Xavi Hernandeslə danışıq aparır. Sonuncu dəfə “Barselona”da çalışan ispaniyalı mütəxəssis hazırda işsizdir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 12 turunun nəticələrinə əsasən 11 xal toplayıb və turnir cədvəlində 12-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43