22 Oktyabr 2024
Kateqoriyasız

“Mançester Yunayted”dən Ronaldo qərarı

“Mançester Yunayted” Kristiano Ronaldonun müqaviləsini ləğv etmək istəyir.

İdmanxeber.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq bununla bağlı vəkillər tutub və məhkəməyə müraciət edib. Mançester təmsilçisi bu məsələnin tez zamanda həll olunmasını istəyir.

Qeyd edək ki, 37 yaşlı forvard müsahibəsində “Mançester Yunayted”in ona xəyanət etdiyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43