20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”dən baş məşqçi qərarı

“Mançester Yunayted” Erik ten Haqın alternativini bəlirləyib.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” uğursuz nəticələr gəlməyə davam edərsə, niderlandlı mütəxəssisi Massimiliano Alleqri ilə əvəz edə bilər.

Hazırda “Yuventus”u çalışdıran Alleqri Premyer Liqada işləmək fikrinə müsbət yanaşır.

56 yaşlı baş məşqçi 1 dəfə “Milan”la, 5 dəfə isə “Yuventus”la İtaliya çempionu olmağı bacarıb. O, həmçinin “qoca sinyora”nı 2015 və 2017-ci illərdə Çempionlar Liqasının finalına çıxarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43