“Mançester Yunayted” Premyer Liqada unikal rekorda imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda tarixi ərzində qapısını toxunulmaz saxlayan 500-cü oyununu keçirib. Erik ten Haqın yetirməsi Premyer Liqanın 13-cü turunda səfərdə “Everton”a 3:0 hesabı ilə qalib gəlib.
Bu göstəricidə ikinci yerdə “Çelsi” (476) qərarlaşıb. “Liverpul” üçüncü yerdədir (460).
“Mançester Yunayted” 24 xalla İngiltərə çempionatının turnir cədvəlində 6-cı pilləyə yüksəlib.