19 Oktyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”dən Sane həmləsi

“Mançester Yunayted” “Bavariya”nın futbolçusu Leroy Saneni heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” Almaniya millisinin futbolçusunu gələn yayda transfer etmək istəyir. Belə bir iddia ilə “Sky Sport” çıxış edib.

Bu keçidlə bağlı tərəflər arasında danışıqların başladığı bildirilir.

Futbolçunun bu transferə müsbət yanaşdığı da yayılan xəbərlər arasındadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43