Dünyadan

“Mançester Yunayted”də iki ciddi itki

Bu gün İngiltərə Premyer Liqasının 19-cu turunda “Midlzbro”yla qarşılaşacaq “Mançester Yunayted” bu oyuna 2 itkiylə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, kapitan Ueyn Runi və müdafiəçi Luk Şou 2016-cı ilin son matçında “qırmızı şeytanlar”a kömək edə bilməyəcək.

Oyun saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43