20 Sentyabr 2024
Dünya futbolu

“Mançester Yunayted”in Eze planı

 “Mançester Yunayted” “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, transfer gələn ilin yayında baş tuta bilər. 26 yaşlı ingilisin londonlularla müqaviləsində 68 milyon funt-sterlinq sərbəst buraxılma maddəsi var. Bu, 2025-ci ilin yayında aktivləşdirilə bilər.

Bu mövsüm Eze bütün yarışlarda dörd oyun keçirib, iki qol vurub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43