“Mançester Yunayted”in 4 oyunçusunun “Brayton”la (1:3) görüşdən sonra aralarında dava düşüb.
İdmanxeber.az-ın məlumatına görə, Bruno Fernandes Skott Maktomineylə mübahisə edib, həmçinin Lisandro Martineslə Viktor Lindelöf arasında da müzakirə yaranıb.
Mançester təmsilçisi İngiltərə Premyer Liqasında 5 turdan sonra aktivində 2 qələbə və 3 məğlubiyyət var. “Qırmızı şeytanlar” sabah Çempionlar Liqasında səfərdə “Bavariya” ilə qarşılaşacaq.