Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu “Beşiktaş”la anlaşdı

Transfer çalışmalarını davam etdirən “Beşiktaş” bir futbolçu ilə anlaşıb.

Klub “Mançester Yunayted”də forma geyinən holland futbolçu Aleksander Büttnerin transferini demək olar ki, həll edib. Sol yarımmüdafiəçinin yeni klubu ilə neçə illik müqavilə bağlayacağı gizli saxlanılır.

Futbolçunun yaxın zamanlarda Türkiyəyə gələrək tibbi müayinədən keçəcəyi bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43