27 Noyabr 2022
Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu La Liqada çıxış edə bilər

Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Adnan Yanuzay karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Belçika millisinin üzvü ilə “Real Sosyedad” maraqlanır. “Mançester Yunayted” 22 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən komandalardan 10 milyon avro tələb edir.

San-Sebastiyan təmsilçisi isə Kosovo əsilli futbolçunu 1 illik icarəyə götürmək istəyir.

Qeyd edək ki, Yanuzay Son mövsümü icarə əsasında “Sanderlend”də keçirib və 25 oyunda 3 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Ruslan Abışova 6 bal

admin

Hərbi çevrilişə cəhd edən şəxs keçmiş hakim çıxdı

admin

Umut Bulutu keçmiş məqşçisi istədi

admin