Dünya futbolu

“Mançester Yunayted”in futbolçusu mövsümü başa vurdu

“Mançester Yunayted” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar”ın aparıcı futbolçusu Xuan Manuel Mata mövsümü erkən başa vurub.

Bu barədə məlumatı komandanın baş məşqçisi Joze Mourinyo verib. Təcrübəli mütəxəssis bildirib ki, ötən ay əməliyyat olunan futbolçu mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq. Mourinyo ispaniyalı yarımüdafiəçinin may ayının sonunda fərdi məşqlərə başlayacağını deyib.

Qeyd edək ki, Mata bu mövsüm komandanın heyətində 11 məhsuldar ötürmə və 6 qolla yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43