“Mançester Yunayted”in müdafiəçisi Luk Şou zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” ayağındakı zədəni təzələyən 28 yaşlı oyunçunun bu mövsüm bir daha oynaya bilməyəcəyindən narahatdır.
Şou 2015-ci ildən bəri MY-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb və 1 qol vurub.