“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen bu qış İngiltərə klubunu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər icarə müqaviləsi bağlamaq niyyətindədir. 31 yaşlı danimarkalı da sözləşmə imzalamağa müsbət yanaşır.
Eriksen 2022-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm o, 19 matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib.