Hazırda Milan “İnter”ni çalışdıran Roberto Mançini İtaliya millisinin baş məşqiçisi ola bilər.
İdmanxeber.com-un məlumatına görə, mütəxəssisin bu postda Antonio Konteni əvəz edəcəyi gözlənilir.
Yerli mətbuatın yazdığına görə, hazırda komandası ilə A Seriasında Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan 51 yaşlı məşqiçi yığmaya rəhbərlik etmək üçün əsas namizəd sayılır.