“Bavariya”nın hücumçusu Sadio Mane Tomas Tuxellə işləməyi səbirsizliklə gözləyir.
İdmanxeber.az-ın məlumatına görə, seneqallı futbolçunun almaniyalı mütəxəssislə münasibəti yaxşı səviyyədədir. O, Tuxelin gəlişi ilə özünün də çıxışa keçəcəyinə ümid edir.
Gənc çalışdırıcı hələ “Çelsi” və PSJ-də çalışarkən seneqallını komandasında görmək istəyib.
30 yaşlı futbolçu bu mövsüm Bundesliqada 18 oyuna çıxıb və 6 qol vurub.