Dünyadan

Maradonanın sevgilisi ilk qolunu əli ilə vurub

Argentina yığmasının əfsanəvi futbolçusu Diyeqo Maradonanın sevgilisi Rosio Oliva qadınlar arasında ölkə çempionatının 2-ci liqasında iştirak edən “Ekskursionistas” komandasının heyətində karyerasında ilk qolunu əli ilə vurub.

“Ekskursionistas” komandası 3:0 hesabı ilə “Kamioneros” klubuna qalib gəlib. Oliva həmin oyunda ilk qolun müəllifi olub. Uduzan komandanın baş məşqçisi Federiko Maldonado görüşdən bildirib ki, futbolçunun əli ilə oynadığını hamı görüb.

D.Maradona 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərə komandası ilə keçirilən görüşdə 2 qolla fərqlənib. O, bu qollardan birini əli ilə vurub. “Allahın lütfü” kimi məşhur olan bu hadisə dünya çempionatları tarixində ən yaddaqalan və qalmaqallı epizodlardan birinə çevrilib. Həmin il Argentina yığması dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43