Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan "Mladost"un baş məşqçisi Nikola Rakoyeviçin oyundan öncəki mətbuat konfransı baş tutmayıb.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb Podqoriça təmsiçisini müşayiət edən yol polislərinin arenanın yolunu tapa bilməməsi olub. Məhz buna görə də, 20:30-da baş tutmalı olan konfrans Çernoqoriya təmsilçisinin 8-ci km qəsəbə stadionuna gec gəlməsi səbəbindən baş tutmayıb.
Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" – "Mladost" oyunu bu gün saat 21:00-da başlayacaq.