“Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov Rusiyanın “Sport-ekspress” qəzetinə müsahibə verib.
– Azərbaycanın “Qəbələ” klubuna keçidin mencerin Paulo Barbozonun vasitəsilə oldu?
– İlk növbədə Yuri Syominə minnətdaram. Gizlətmirəm, “Qəbələ”yə yalnız ona görə getmişdim.
– Yəni sizi futbolçu kimi məhz Syomin kəşf edib…
– Belə demək olar.
– “Qəbələ”yə keçidinlə bağlı danışıqlar necə alındı? Siz Portuqaliyada əyləşib qəhvənizi içirdiniz və birdən zəng gəldi…
– Gəlin unutmayaq ki, həmin vaxt mən bir neçə ay oynamamaqla yanaşı, məşq də etmirdim. Niyə? Açıqlamaq istəmədiyim səbəblər var. Amma Syominin zəngi yerinə düşdü.
– Siz hələ də “Porto”ya məxsussunuz?
– Hələ bir illik müqaviləm var.
– Axı bu addım riskli idi. Hazırlıqsız və tanımadığınız çempionata yollanırdınız…
– Özümə gəlmək və əvvəlki oyunumu bərpa etmək üçün şans yaranmışdı. Ən əsası isə o idi ki, mən Azərbaycanda oynamaq imkanı əldə etdim.
– Buna peşman deyilsiniz?
– Əksinə. Çox şadam ki, 100 faiz düzgün addım atmışam