İdman

Mario Qomes özünə yeni klub tapdı

Futbol üzrə Almaniya yığmasının və “Volfsburq”un hücumçusu Mario Qomes özünə yeni komanda tapıb. İdmanxeber.com-un məlumatına görə, almaniyalı forvard karyerasını “Ştutqart”da davam etdirəcək. Bu barədə sözügedən klubun mətbuat xidməti yayıb.

Almaniya mətbuatında yer alan məlumata görə, “Ştutqart” Qomes üçün 3 milyon avrosundan keçməli olub.

Bu, Qomesin sözügedən kluba ilk gəlişi deyil. Belə ki, 32 yaşlı forvard məhz bu klubun yetirməsidi. O, 2009-cu ildə 30 milyon avro qarşılığında bu komandadan “Bavariya”ya transfer olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43