Bundan öncə iki futbolçunu rəsmən heyətinə qatan “Xəzər Lənkəran” növbəti transferini reallaşdıra bilər.
Bu barədə İdmanxeber.com saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Onun sözlərinə görə, komandanın baş məqçisi Con Toşak klubun seleksiyaçı məşqçisi Mario Souzanın təklif etdiyi futbolçular arasında seçim edir. Transfer böyük ehtimalla müdafiə mövqeyinə ediləcək.